Azərbaycan BMT-yə uşaq hüquqlarının müdafiəsinə dair həyata keçirilən milli tədbirlər barədə məlumat təqdim edib


  • 13 Oktyabr 21:57

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin “Uşaqların hüquqları” adlı 67-ci gündəm bəndi üzrə interaktiv dialoq zamanı Azərbaycan uşaq hüquqlarının müdafiəsi və inkişafı sahəsində həyata keçirilən milli tədbirlər barədə məlumat təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki missiyasının "X" hesabında məlumat verilib.

Bu kontekstdə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “2020–2030-cu illər üçün Uşaqların maraqlarına dair Milli Strategiya”nın əhəmiyyəti vurğulanıb. Sənəddə uşaqların rifahı ilə bağlı əsas problemlər müəyyən edilib və onların həlli üçün prioritet istiqamətlər göstərilib.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərindən sonra 2025-ci ilin sentyabr ayında təxminən 3500 keçmiş məcburi köçkün şagird həmin bölgələrdə təhsillərini bərpa ediblər.

Bildirilib ki, 1990-cı illərin əvvəllərində itkin düşmüş təxminən 4000 azərbaycanlıdan 71-nin — o cümlədən uşaqların — taleyi və harada olmaları postmünaqişə dövründə aktual humanitar problem olaraq qalır. Bununla yanaşı, genişmiqyaslı mina təhlükəsi məcburi köçkün əhalinin, o cümlədən uşaqların təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır.

Oxşar xəbərlər