Ramiz Rzayev: Məhkəmələr demokratik dövlətlərdə cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur


  • 09:36

Demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimləri İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzulu beynəlxalq konfransda deyib.

O bildirib ki, hüquqi dövlət quruculuğunda hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir:

"Müasir konstitusion quruluşun fundamental əsaslarından biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılmasıdır. Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir.

Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus olan səlahiyyətlərin bir-birinə olan münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək olar.

Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqların, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur".

Oxşar xəbərlər