Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq


  • 10:21

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

E-huquq.az "Azəriqaz" a istinadən xəbər verir ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Oxşar xəbərlər