- 17:15
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov, katiblər Arifə Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.
MSK-nın müvafiq qərarlarına əsasən, 44 saylı Sumqayıt 3-cü,117 saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı Lənkəran-Masallı, 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.