- 01:07
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır.
E-huquq.az xəbər verir ki, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə dövlət büdcəsinin gəlirləri 186 milyon manat, xərcləri isə 155 milyon manat artırılıb.
Sənəd də bildirilib ki, 2026-cı il üçün dövlət büdcəsi xərclərinin 25 milyard 161,2 milyon manatı və ya 60,3 faizi cari xərclərə (2025-ci illə müqayisə də 407,3 milyon manat və ya 1,6 faiz çox), 14 milyard 84,8 milyon manatı və ya 33,8 faizi əsaslı xərclərə (2025-ci illə müqayisədə 169,3 milyon manat və ya 1,2 faiz az), 2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz çox) yönəldilməsi proqnozlaşdırılır.