Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.
E-huquq.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50 faizi miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
