22.10.2026
Sumqayıt Tibb Mərkəzinin tenderi ləğv edildi
Xəbərlər

Sumqayıt Tibb Mərkəzinin tenderi ləğv edildi

Noy 14, 2025

Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsinin qazanxana, isitmə soyutma sistemi, kondisioner və generatorlara servis baxım xidməti əsaslı və cari təmiri ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Məlumata görə, tenderin dəyəri 117.035,25 manat olub.

Şəbnəm Mehdizadə