Məzmuna keç

Məleykə Abbaszadə: “Abituriyentlər arasında 1 metr məsafə olmalıdır”

"Hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək. İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. Həmin imtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək".

E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur:

“Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq.