“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.
E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.
DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.
