Məzmuna keç

Penitensiar Xidmətin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xidmət əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

Azərbaycan Talassemiya Federasiyası Ədliyyə Nazirliyinə müraciəti edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, müraciət əsasında 2019-cu ilin aprel-may aylarında həyata keçirilən”Donor Günü” askiyası ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Tibb baş idarəsində qanvermə aksiyası təşkil edilib.

Təşkil edilmiş könüllü qanvermə aksiyasında Ədliyyə Nazirliyinin digər qurumlarının əməkdaşları ilə birgə Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumlarının əməkdaşları da iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə başlanılmış və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına bütün ictimaiyyət, hökumət və qeyri-hökumət təşkilatları tərəfindən geniş dəstək verilməkdədir.