Yerli sosialyönümlü layihələrin həyata keçirilməsində bələdiyyələrin rolu artır


  • 11:15

Bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir.

E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, eyni zamanda, insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bələdiyyə ərazilərinin səmərəli planlaşdırılması və abadlaşdırılması, təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Bu çərçivədə 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə isə 500 min manata yaxın vəsait ayrılıb”, - deyə T.Hüseynov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər