Müqəddəs Sultanova Milli Məclisdə vəzifə verildi


  • 17:31

Milli Məclisin Aparatında yeni kadr təyinatı həyata keçirilib.

E-huquq.az-ın məlumatına görə, Prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərmiş, Baş prokurorun sabiq köməkçisi Müqəddəs Sultanov Milli Məclis Aparatında qulluğa qəbul edilərək Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Sultanov müxtəlif illərdə Sabunçu rayon və Sumqayıt şəhər prokuroru, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə rəisi vəzifələrində çalışıb.

O, Prezidentin müvafiq sərəncamları ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi ali rütbəsinə layiq görülüb, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

M.Sultanov 2024-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Oxşar xəbərlər