23.10.2026
Səfirlik: 33 pakistanlı Astara vasitəsilə İrandan təxliyə edilib
Xəbərlər

Səfirlik: 33 pakistanlı Astara vasitəsilə İrandan təxliyə edilib

Mar 2, 2026

"2 mart tarixində 33 pakistanlı Astara vasitəsilə İrandan təhlükəsiz şəkildə təxliyə edilib və bu günə qədər yardım göstərilənlərin ümumi sayı 64-ə çatdı".

E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, İrandan təxliyə edilənlərdən 42-si AZAL vasitəsilə Lahora qaytarılıb. Qalanları ilə bağlı tədbirlər görülür.