Alimentlə bağlı məhkəmə qərarları icra olunmur


  • 12:16

Alimentlə bağlı məhkəmə qərarlarının icrası sahəsindəki problemlər illərdir aktuallığını qoruyur.

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında səsləndirib.

H.Hüseynova alimentin əsas mahiyyətinin uşağın ehtiyaclarını qarşılamaq olduğunu vurğulayıb: "Lakin bəzi hallarda alimentin ödənilməsindən yayınan şəxslər olur. Xüsusilə də xroniki xəstəliyi və ya əlilliyi olan uşaqların olduğu vəziyyətlərdə problem daha da ağırlaşır".

Deputat alimentin ödənilməməsi halında qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulsa da, təcrübədə bu tədbirlərin bəzən effektiv olmadığını qeyd edib və bununla bağlı vəziyyətin hələ də düzəlmədiyini əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər