Belarusla Naxçıvana edilən PUA hücumları müzakirə edildi


  • 6 Mart 18:28

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarusun bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq Azərbaycana zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər həmçinin, ölkələr arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər