- 17:14
"Azərişıq" ASC-nın Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan şəhəri Qaraçuq, Babək rayonu Nəzərabad-Dividar, Ordubad rayonu Dəstə, Şahbuz rayonu Kükü və Kəngərli rayonu Təzəkənd-Xıncab kəndləri üzrə komplekt transformator məntəqələrinin(KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 14.858.711,59 manat olub.
Şəbnəm Mehdizadə