- 10:35
ADA Universitetinin Hüquq Məktəbinin tələbəsi Murad Hacıyev dünyanın nüfuzlu hüquq məktəblərindən qəbul alıb.
E-huquq.az xəbər verir ki, M.Hacıyev London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE), Pensilvaniya Universitetinin Carey Hüquq Məktəbinin və Kaliforniya Universitetinin Berkeley Hüquq Məktəbinin magistr proqramlarına qəbul olunub. O, təhsilini LSE-də davam etdirmək qərarı verib.
Qeyd edək ki, M.Hacıyev ADA Universitetində təhsil aldığı müddətdə 3.8/4.0 orta müvəffəqiyyət göstəricisi əldə edib, bir sıra akademik təqaüdlərə layiq görülüb. O, Azərbaycan Mərkəzi Bankı, Ali Məhkəmə, eləcə də "PwC Azərbaycan"da peşəkar təcrübə keçib.
M.Hacıyev, həmçinin ADA Universitetini ABŞ-nin Vaşinqton şəhərində keçirilən Philip C.Jessup Beynəlxalq Hüquq Məhkəmə Müsabiqəsində təmsil edib.
Şəbnəm Mehdizadə