- 17:13
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin qurumun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 1.037.520,00 manat olub.
Şəbnəm Mehdizadə