- 18:12
Hesablama Palatası "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"a Rəyini Milli Məclisə göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə qərar Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən geniş tərkibdə Kollegiya iclasında verilib.
Müzakirələrdə dövlət büdcəsinin əsas parametrlərinin təhlili üzrə əldə edilmiş əsas nəticələrdən bəhs olunub. Bildirilib ki, əvvəlki və cari ildə Hesablama Palatası tərəfindən irəli sürülən təklif və tövsiyələrin əsas hissəsi büdcə sənədləşməsində nəzərə alınıb.
Müzakirələrin nəticəsində Rəyin təsdiq olunması və Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.