Qüdrət Həsənquliyev: "Hərbi xidmətdən sonra gənclərin çoxu xaricə köçür"


  • 11:56

"Hərbi xidməti başa vurduqdan sonra gənclərin böyük bir hissəsi xaricə köçür".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputatın sözlərinə görə, ailə quran gənclərin və ümumilikdə evliliklərin sayının azalmasının əsas səbəblərindən biri də məhz bu amildir.

"Biz nə qədər maarifləndirmə aparsaq da, köklü iqtisadi və sosial islahatlar olmadan bu problemləri həll etmək mümkün deyil", - deyə Q.Həsənquliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər