- 12:41
Sahibkarlıq və iqtisadi aktivlik sahəsində qadınların payı artıb.
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
Komitə sədri qeyd edib ki, qadınların kənd təsərrüfatında iştirakının genişlənməsi və özünüməşğulluq proqramlarının sosial inklüzivliyi gücləndirməsi xüsusi olaraq vurğulanmalıdır.
Onun sözlərinə görə, bununla yanaşı, mülkiyyət və bank sektorundakı mövcud vəziyyət iqtisadi qərarvermədə gender balansının hələ də inkişaf mərhələsində olduğunu göstərir.
B.Muradova əlavə edib ki, əsas hədəf resurslara çıxışın bərabərləşdirilməsi və iqtisadi gücün daha inklüziv şəkildə paylanmasına nail olmaqdır.
Komitə sədri qeyd edib ki, bu tendensiya daşınmaz əmlak və bank sektorunda iştirak nisbətləri ilə də təsdiqlənir.
Şəbnəm Mehdizadə