- 12:41
"Bələdiyyələrdə qadınların təmsilçiliyi 39%-ə yaxınlaşıb".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
O qeyd edib ki, qadınların QHT sektoruna rəhbərlikdə sayı artıb, həmkarlar ittifaqlarında isə onların aktivliyi yüksəlib.
Komitə sədrinin sözlərinə görə, eyni zamanda media və rəqəmsal platformalar gender məsələlərinin daha açıq və ictimai müzakirə predmetinə çevrilməsinə şərait yaradıb.
B.Muradova əlavə edib ki, bu proses göstərir ki, bərabərlik siyasəti artıq yalnız dövlət səviyyəsində deyil, ictimai şüur səviyyəsində də sürətlə transformasiya olunur.
Şəbnəm Mehdizadə