- 12:41
"Selektiv abortların artması narahatlıq doğurur".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputatın sözlərinə görə, bu hal xalqın genofonduna mənfi təsir göstərir və gender bərabərliyinin pozulmasına səbəb olur.
C.Məmmədov həmçinin qeyd edib ki, qohum nikahlarına nəzarətin gücləndirilməsi vacibdir.
O əlavə edib ki, erkən nikahlar və qızların təhsildən yayınması da ciddi narahatlıq doğuran məsələlərdəndir və bunlar nəzərə alınmalıdır.
Şəbnəm Mehdizadə