Azərbaycanda 3 uşağı olan qadınlar daha tez pensiyaya çıxa bilər - YENİ TƏKLİF


  • 12:19

"Çoxuşaqlı ailə modelinin 5 uşaqdan 3 uşağa endirilməsi məqsədəuyğun olardı".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında səsləndirib.

Deputatın sözlərinə görə, bu, 3 uşağı olan qadınların 5 il tez pensiyaya çıxmasına şərait yarada bilər.

Ə.Məsimli əlavə edib ki, bu halda həm də daha çox uşağın müavinət alması mümkün olar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər