- 13:06
"Azərbaycanda təhsil alan qızların sayı oğlanlardan daha azdır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, bu fərq 105 817 nəfər təşkil edir.
Deputat bildirib ki, əsasən 9-cu sinifdən 10-cu sinfə keçid mərhələsində qızların təhsildən uzaqlaşdırılması halları müşahidə olunur.
"Bu çox ciddi məsələdir. , məsələnin həlli təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin deyil, bütün cəmiyyətin birgə məsuliyyətidir", - deyə A.Quliyev qeyd edib.
Şəbnəm Mehdizadə