- 13:06
Qurban bayramı zamanı sağlam qidalanma vərdişlərinin davam etdirilməsi, kifayət qədər və balanslı qidalanma davranışının qorunub saxlanılması böyük əhəmiyyət daşıyır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bayram müddətində xroniki xəstələrlə yanaşı, sağlam insanların da qida seçiminə və porsiya nəzarətinə diqqət yetirməlidir.
Səhər yeməyinin ötürülməməyi, süd və süd məhsulları ilə tam taxıllı çörəklərdən ibarət qidaların balanslı şəkildə qəbul edilməsi tövsiyə olunur.
Ətin tərəvəzlərlə birlikdə bişirilməsi və ya salatla istehlak edilməsi daha sağlam üsuldur. Həmçinin qırmızı ət istehlakı ilə yanaşı, şirniyyat və xəmir məmulatlarının da porsiya miqdarına diqqət yetirilməlidir.
Gün ərzində kifayət qədər su içilməsi və ən azı 30 dəqiqəlik gəzintilər tövsiyə olunub.
Yeni kəsilmiş heyvan ətindəki sərtlik həm bişirmədə, həm də həzmdə çətinlik yarada bilər. Bu səbəbdən xüsusilə həzm problemi yaşayan və mədə-bağırsaq xəstəlikləri olan şəxslərin qurban ətini dərhal istehlak etməməli, ətləri soyuducuda bir neçə gün saxladıqdan sonra qaynadaraq və ya qril üsulu ilə bişirərək yemələri tövsiyə olunub. Xolesterin xəstələri və ürək-damar xəstəlikləri riski daşıyan şəxslər xüsusilə içalat məhsullarının istehlakından çəkinməlidirlər.
Qurbanlıq heyvanın uyğun kəsim şəraitində kəsilməsi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Heyvanların kəsimi zamanı gigiyena qaydalarına laqeyd yanaşılmamalıdır.
Ətlər çiy və ya az bişmiş şəkildə istehlak edilməməli, ətin doğrandığı bıçaq və səthlər başqa qidalarla təmas etdirilməməlidir.
Ətlər çox böyük hissələr şəklində deyil, kiçik parçalara bölünərək soyuducunun dondurucu bölməsində saxlanmalıdır.
Ət tez xarab olan riskli qida məhsuludur. Bu səbəbdən dondurulduqdan sonra əridilən ətlərin yenidən dondurulmaması, əridilmiş ətlərin isə gözlədilmədən bişirilməsi lazımdır.
Humay Eminqızı