- 16:05
Azərbaycanda 6 milyon 332 min 229 seçicinin adı seçici siyahısına daxil edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, seçicilərin 47,59 %-ni kişilər, 52,41 %-ni isə qadınlar təşkil edir.
R.Qasımov həmçinin bildirib ki, MSK bütün seçki proseslərində informasiya, kommunikasiya texnologiyalarından istifadə edir.