BMT Baş katibinin müavini: Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb


  • 19:43

BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

E-huquq.az xəbər verir ki, A. Mohammed bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Görüşdə Azərbaycanın COP29 Sədrliyi əsasında əldə etdiyi nailiyyətlərə söykənərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirdim". – BMT Baş katibinin müavini bildirib.

Onun sözlərinə görə, Yeni Əməkdaşlıq Çərçivəsi altında BMT ilə Azərbaycan arasında möhkəm tərəfdaşlıq daha dərin əməkdaşlıq üçün güclü zəmin yaradır.

Oxşar xəbərlər