Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib


  • 19:46

Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Bu barədə e-huquq.az-a Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Tədbir Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və "Lachin Resort & Spa" İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Əvvəlcə torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə Xəzər Universitetinin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı çıxış edib.

Proqram çərçivəsində görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.

Tədbir çıxışlarla davam edib.

Oxşar xəbərlər