- 12:53
2025-ci ildə 176 uşaq bioloji ailələrinə reinteqrasiya olunub, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib.
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda deyib.
O bildirib ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların ailə mühitində böyüməsinin təmin edilməsidir.
B.Muradova əlavə edib ki, son illər yüzlərlə uşağın ailə mühitinə qaytarılması təmin olunub ki, bu da uşağın ən yaxşı mənafeyi prinsiplərinin uğurla tətbiq olunduğunu göstərir.
Humay Eminqızı