Əlilliyi olan uşaqların 68,9 faizi təhsilə cəlb olunub


  • 11:57

Əlilliyi olan 37 min 863 uşağın 68,9 faizi təhsilə cəlb olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda məlumat verib.

O bildirib ki, əqli və fiziki məhdudiyyətli uşaqların təhsilə və sosial həyata inteqrasiyası istiqamətində mühüm nəticələr əldə edilib.

Komitə sədrinin sözlərinə görə, 10 min 151 uşaq xüsusi təhsil proqramlarına yönləndirilib, 859 nəfər peşə təhsilinə cəlb edilib.

Humay Eminqızı

Oxşar xəbərlər