Uşaq hüquqlarının müdafiəsi üzrə hüquqi baza təkmilləşdirilib


  • 12:10

Uşaq hüquqlarının müdafiəsi üzrə hüquqi baza təkmilləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə qəbul edilən normativ hüquqi aktlarla işğaldan azad olunmuş ərazilərdə yaşayan və peşə təhsili alan şəxslərin təhsil haqları dövlət hesabına ödənilib, məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib, həmçinin uşaq hüquqlarının monitorinqi üzrə yeni mexanizmlər və standartlar müəyyən edilib.

Humay Eminqızı

Oxşar xəbərlər