- 13:04
"Azərbaycanda uşaqların hüquqları yüksək səviyyədə təmin olunur".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda bütün uşaqların rahat və firavan həyatını təmin etmək, onların hüquqlarını qorumaq, inkişafını, sağlamlığını və bərabərliyini təmin etmək üçün bütün zəruri addımlar atılır.
B.Muradova vurğulayıb ki, ölkəmizin qanunvericiliyi mükəmməldir və onun icrası üçün effektiv mexanizmlər fəaliyyət göstərir. Lakin dünya daim dəyişdiyi üçün mövcud qanunlara diqqət yetirilməli və yeni mexanizmlər yaradılmalıdır.
"Biz torpaqlarımızı işğaldan azad etmişik və pozulmuş hüquqları bərpa etmişik. Bunun nəticəsində uşaqlarımız üçün təhlükəsiz, suveren və ərazi bütövlüyü təmin olunmuş bir ölkə formalaşıb. İnsan və uşaq hüquqlarından danışarkən ilk növbədə Azərbaycan dövlətinin öz gücünə, imkanlarına və xalqına arxalanaraq vətəndaşların azadlığını və ölkənin ərazi bütövlüyünü təmin etməsi dayanır. Bundan sonra hüquqların tam şəkildə reallaşması və onların mükəmməl icrası mümkün olur", - deyə Komitə sədri qeyd edib.
Humay Eminqızı