Komitə sədri: "Uşaqların istedadlarının inkişafı daim diqqət mərkəzindədir"


  • 12:33

Azərbaycanda uşaqların istedadlarının inkişafı daim diqqət mərkəzindədir.

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən "Mənim səsim – mənim hüquqlarım" konfransında bildirib.

O bildirib ki, "Əlaçı" müsabiqəsində 8 minə yaxın məktəbli, "İntellektual Məktəb Çempionatında" isə 10 mindən çox şagird iştirak edib. Ekoloji layihələrə yüzlərlə məktəbli cəlb olunub, robototexnika, yaradıcılıq və düşərgə proqramlarında minlərlə uşaq və gənc iştirak edib.

B.Muradova əlavə edib ki, Uşaq İncəsənət Festivalı 30 minə yaxın təhsilalanı əhatə edib, dördüncü Uşaq Kitab Festivalında isə 52 min iştirakçı bir araya gəlib. Ölkə üzrə fəaliyyət göstərən 89 uşaq kitabxanasından 275 min nəfər yararlanıb.

Komitə sədri bildirib ki, Respublika Fənn Olimpiadalarında 82 min 898 şagird iştirak edib və 514 nəfər qalib olub. Fənn müsabiqələrinə 62 min 883 şagird qatılıb, Lütfi Zadə adına məntiq Olimpiadasında isə 31 min 619 iştirakçı mübarizə aparıb.

O vurğulayıb ki, bütün bu uğurlar ölkəmizin intellektual potensialının inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Humay Eminqızı

Oxşar xəbərlər