Rəqəmsal oyun platformalarında uşaqlar üçün təhlükəsizlik standartları hazırlanmalıdır - Dövlət Komitəsi


  • 12:40

"Bizim məqsədimiz uşaqlarla bağlı oyun platformalarının fəaliyyətini Azərbaycanda məhdudlaşdırmaq deyil, əsas hədəf həmin platformalarda uşaqların zərərli məlumatlardan qorunması üçün standartların yaradılmasıdır".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə jurnalistlərə açıqlamasında deyib.

B.Muradova vurğulayıb ki, rəqəmsal dövrdə qadağalarla nəticə əldə etmək mümkün deyil və bu səbəbdən platformalarla əməkdaşlıq vacibdir. Onun sözlərinə görə, əgər bu platformalar geniş şəbəkələr qura biliblərsə, mövcud problemlərin həlli üçün də məsuliyyət daşımalıdırlar və əməkdaşlığa açıq olmalıdırlar.

Komitə sədri əlavə edib ki, Azərbaycanda ailə və milli-mənəvi dəyərlər qorunur və bu dəyərlər qanunvericiliyin əsasını təşkil edir. O qeyd edib ki, ölkədə fəaliyyət göstərən rəqəmsal platformalar bu yanaşmanı nəzərə almalı və uşaqların təhlükəsizliyi üçün mövcud problemlərin aradan qaldırılmasına töhfə verməlidir.

B.Muradova deyib ki, bir çox oyun şəbəkələri Azərbaycan dövlətinin mövqeyini gördükdən sonra əməkdaşlığa hazır olduqlarını bildiriblər və platformalarında mövcud problemlərin həllinə töhfə vermək istədiklərini bəyan ediblər.

Humay Eminqızı

Oxşar xəbərlər