- 17:49
Naxçıvan Şəhər İcra Hakimiyyətinin uşaq oyun meydançaları üçün avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 180.280,40 manat olub.
Şəbnəm Mehdizadə