"Əmlak sığortası məcburi edilməlidir" - TƏKLİF


  • 11:50

"Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, İmişli rayonunda vətəndaşlarla görüş zamanı hər ay 3-4 yanmış ev və obyektə baş çəkməli olur. Onun sözlərinə görə, bu artıq təsadüfi hadisə deyil, ciddi sosial problemdir.

""Əmlak sığortanız varmı?" sualını verdikdə isə cavabların demək olar ki, həmişi "yox" olduğunu görürük. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır. Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür.

Deputat vurğulayıb ki, məsələ təkcə vətəndaşın fərdi məsuliyyəti ilə bağlı deyil, sistemli yanaşmanın da olmaması ilə bağlıdır.

Onun fikrincə, əmlak sığortasının məcburi tətbiqi insanları faciədən əvvəl qorumağa imkan yaradacaq və maliyyə yükünü azaltmaqla həm vətəndaş, həm də dövlət üçün fayda təmin edəcək: "Hesab edirəm ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər