Deputat: "Aqrar sığorta mexanizmi gücləndirilməlidir"


  • 12:13

Bu il yağan leysan yağışlar ölkənin bəzi bölgələrində ciddi fəsadlar törədib.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, dövlət başçısı dəymiş zərərin aradan qaldırılması üçün artıq 86 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalayıb.

"May ayında da güclü yağışlar davam edib və nəticədə Şəki, Zaqatala və Qax rayonlarında təsərrüfatlara ciddi ziyan dəyib. Fındıq, taxıl və tərəvəz məhsulları məhv olub. Dəyən ziyanın qarşılanması üçün tədbirlər görülür, lakin sığorta sisteminin daha geniş şəkildə tətbiqi vacibdir", - o bildirib.

Ə.Məsimli hesab edir ki, aqrar sığorta mexanizmi tam gücü ilə işləməli və dövlətə əlavə yük düşməməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər