Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir


  • 09:06

Xarici işlər naziri Ceyhun Bayramov iyunun 8-də Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycanın, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər