Azovda gəmilərə hücum zamanı həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək


  • 11:29

Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

"Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 Azərbaycan vətəndaşının cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşın yaxın günlərdə Azərbaycana yola salınması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Oxşar xəbərlər