- 12:51
Bu il iyunun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 % artaraq 23 302 təşkil edib.
E-huquq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 4,7 % artaraq 651 olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 21,6 % artımla 7 403 təşkil edib.