Bəzi yerlərdə qaz olmayacaq


  • 17:47

Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

​Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Oxşar xəbərlər