- 17:14
"UNİCEF-in 2025-ci il üzrə hesabatına əsasən, dünyada təxminən 1,6 milyard uşaq evdə fiziki cəza və psixoloji təzyiqlərlə üzləşir".
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
O, dünyada hər 4 dəqiqədən bir uşaqların zorakılığa məruz qaldığını, yaxud öldürüldüyünü bildirib. Qeyd edib ki, ötən il 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb.
Baş prokuror bu rəqəmləri ciddi problem kimi qiymətləndirib və beynəlxalq səviyyədə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə nisbətən qənaətbəxşdir: "2025-ci ilin statistikasına görə, 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilib, 784 nəfər isə 18 yaşına çatmayan zərərçəkmiş şəxs qismində qeydə alınıb".
Humay Eminqızı