Emin Əmrullayev: "Bu yanaşma 30 il sonra əmək bazarında ciddi fəsadlar yaradacaq"


  • 16:46

"Əksər insanlar deyir ki, təhsilin əsas məqsədi vətəndaşları həyata hazırlamaqdır. Lakin praktik baxış onu göstərir ki, hazırda təhsil sistemi daha çox uşaqları qəbul imtahanlarına hazırlamağa yönəlib".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu vəziyyət ciddi müzakirə tələb edən bir məsələdir.

"Biz niyə buraya gəlib çatmışıq və bu səbəbləri necə aradan qaldıra bilərik ki, insanlarımızın davranışında əsaslı dəyişikliklərə nail olaq?” - deyə nazir vurğulayıb.

"Bu gün uşaqlardan "kim olmaq istəyirsiz?" soruşanda, çox vaxt cavabı belə olur: "2-ci qrupam", "3-cü qrupam". Bu o deməkdir ki, uşaqların seçimində fərq yoxdur. "Əsas odur ki, balım yüksək olsa həkim, çatmasa psixoloq, ondan da çatmasa biologiya müəllimi olacam" deyə düşünürlər. 30 ildir ki, biz bu cür ixtisas seçimi sayəsində istər-istəməz əmək bazarında, müxtəlif sahələrdə bunun fəsadlarını görürük. Bunun həlli yolu olduqca vacibdir", - E.Əmrullayev qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər