Nazir: "Süni intellektdən yanlış istifadə uşaqları tənbəlləşdirir"


  • 17:03

"Süni intellektdən yanlış istifadə uşaqların kütləşməsi və tənbəlləşməsinə səbəb olur".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bir çox hallarda uşaqlar süni intellektə hansısa məsələnin izah yolu ilə bağlı deyil, məsələnin birbaşa cavabı üçün müraciət edir.

"Məsələn, hansısa riyazi məsələ ilə bağlı süni intellektə "bu məsələni mənə izah et" kimi yox, "bunun cavabını mənə de" formasında müraciət edirlər. Bu, gələcək üçün çox təhlükəlidir. Uşaqların gələcəyi, beyin inkişafı üçün riskdir", - deyə nazir qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər