Vəkillər Kollegiyasının sədri: "Vəkil uşaqların hüquq qarşısında səsi olmalıdır"


  • 17:22

"Demokratik cəmiyyətdə gənclərin, xüsusilə uşaq və yeniyetmələrin hüquqlarının qorunmasında vəkillik institutu əvəzolunmaz əhəmiyyət daşıyır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O, vəkilliyin uşaq hüquqlarının müdafiəsində mühüm rolunu vurğulayıb.

A.Bağırov bildirib ki, vəkil hüququnu bilməsindən asılı olmayaraq hər bir fərdin, o cümlədən uşaqların yanında duran və onların maraqlarını müdafiə edən şəxsdir.

Sədr qeyd edib ki, uşaqlar hüquq sistemi qarşısında həssas qrup hesab olunur və bir çox hallarda öz hüquqlarını ifadə etməkdə çətinlik çəkirlər.

"Onların özlərini ifadə etmə imkanları məhduddur, hüquq sisteminin dili onlar üçün anlaşılmaz ola bilir, proseslər isə psixoloji baxımdan ağır ola bilər", o deyə o bildirib.

A.Bağırovun sözlərinə görə, vəkilin əsas vəzifəsi bu maneələri aradan qaldırmaq, uşağa güvən vermək və onun danışa bilmədiyi hallarda onun səsi olmaqdır.

Humay Eminqızı

Oxşar xəbərlər