Anar Bağırov: "Vəkillər Kollegiyası uşaqların hüquqi maarifləndirilməsini davam etdirir"


  • 17:26

Vəkillər Kollegiyası uşaqların hüquqi maarifləndirilməsini davam etdirir.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Kollegiya uşaqların və yeniyetmələrin hüquqi savadlılığının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.

A.Bağırovun sözlərinə görə, Vəkillər Kollegiyası məktəblər, uşaq müəssisələri və gənclər təşkilatları ilə əməkdaşlıq çərçivəsində hüquqi maarifçilik təşəbbüslərini dəstəkləyir. Vəkillərin təhsil müəssisələrinə gedərək uşaqlarla və yeniyetmələrlə canlı söhbətlər aparması, hüquq anlayışlarını praktiki və həyati misallarla izah etməsi gənc nəslin hüquq savadlılığını artırır və eyni zamanda vəkil peşəsinə inam yaradır.

Sədr qeyd edib ki, "Uşaqlar və Hüquq" kitabında olduğu kimi, kazuslar və real həyat situasiyaları vasitəsilə uşaqlara hüququ sevdirmək mümkündür və Kollegiya bu missiyada bundan sonra da aktiv olmağa davam edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər