- 17:26
"Bu gün uşaqların qarşılaşdıqları təhlükələr yalnız küçə və məişətdə qarşılaşdıqları ilə məhdudlaşmır, virtual məkanda da təhlükələrlə üzləşirlər".
E-huquq.az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Nazir müavini bildirib ki, aidiyyəti qurumlarla birgə profilaktik tədbirlər davamlı şəkildə həyata keçirilir.
İ.Əliyev vurğulayıb ki, uşaq yalnız ailənin deyil, həm də dövlətin və cəmiyyətin gələcəyidir və uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
O qeyd edib ki, müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və məişət zorakılığı, baxımsızlıq, erkən nikah və kiberməkanda təhlükəli amillər kimi risklər özünü göstərməkdədir.
"Bu baxımdan risk altında olan uşaqların müəyyən edilməsi, onların hüquqlarının bərpası və aidiyyəti dövlət qurumları ilə birgə müdafiəsinin təşkili istiqamətində davamlı iş aparılır", - deyə nazir müavini əlavə edib.
Humay Eminqızı