- 13:46
"Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub".
E-huquq.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib və bu, 22 faiz səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz-bəndi azdır. S.Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb.
Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olduğunu bildirib: "Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 faiz azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir".
Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə