Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul etdi


  • 14:54

Milli Məclis Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Xatırladaq ki, sənəd bundan əvvəl Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub.

Oxşar xəbərlər